Halsızlıq şikayəti ilə xəstəxanaya getdi: Görün bağırsağından nə çıxdı
ABŞ-nin Minnesota ştatında yaşayan 17 yaşlı Noah Valden ailəsi ilə birlikdə iştirak etdiyi manqal məclisində hamburger yedikdən sonra ölümlə üz-üzə qalıb.
“Cebheinfo.az” xəbər verir ki, Noah həmin gün iki hamburger yediyini və metal tel parçasının onlardan birinin içində olduğunu ehtimal etdiyini bildirib.
O, yemək zamanı nə metal teli görüb, nə də hiss edib. Təxminən bir həftə sonra isə güclü qarın ağrıları keçirməyə başlayıb.
Əvvəlcə adi mədə ağrısı kimi görünən narahatlıq qısa müddətdə dözülməz həddə çatıb.
Noah bildirib ki, bir anda ayağa qalxdıqdan sonra ağrı səbəbindən hərəkət edə bilməyib. Bundan sonra ailəsi gecə saatlarında onu təcili tibbi yardımla xəstəxanaya aparıb.
Xəstəxanada aparılan kompüter tomoqrafiyası zamanı metal tel parçasının bağırsaqda ilişdiyi və bağırsaq divarını deşməyə başladığı müəyyən edilib.
Həkimlər əvvəlcə vəziyyəti müşahidə altında saxlasalar da, xəstəxanada dörd gün qaldıqdan sonra əməliyyatın qaçılmaz olduğuna qərar veriblər.
Əməliyyat zamanı bağırsağın təxminən 7-8 santimetrlik hissəsini çıxarılıb. Uğurla başa çatan əməliyyatdan sonra Noahın səhhətinin yaxşı olduğu açıqlanıb.
Baş verən hadisədən sonra ailə metal telli manqal təmizləmə fırçalarından istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edib.
Noah isə manqalda bişirilən qidaları yeyərkən hər kəsin yeməyi daha diqqətlə çeynəməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, bu hadisə 2026-cı ildə metal telli manqal fırçaları ilə bağlı artan təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.
ABŞ-də bu il metal tellərinin qoparaq qidalara qarışması və ciddi daxili xəsarətlərə səbəb olması riski ilə əlaqədar 13 milyondan çox metal telli manqal fırçası istehsalçılar geri çağırılıb.
Səlahiyyətli qurumlar istehlakçılara geri çağırılan məhsullardan istifadə etməməyi və daha təhlükəsiz alternativlərə üstünlük verməyi tövsiyə ediblər.
Əfsanə
"Cebheinfo.az"

