Neçirvan Bərzani Tehranda səfərdədir
İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzani İran Prezidenti Məsud Pezeşkianın rəsmi dəvəti ilə Tehrana səfər edib.
“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, səfərin əsas məqsədi İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimində iştirak etməkdir.
Eyni zamanda, səfər çərçivəsində Neçirvan Bərzaninin İran Prezidenti Məsud Pezeşkian, parlament sədri, xarici işlər naziri və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirməsi də nəzərdə tutulur.
Görüşlər zamanı regional təhlükəsizlik, İran–İraq Kürdüstan Regionu münasibətləri, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Aişə Abdulova
“Cebheinfo.az”

