Bir Kuban yaşayış məntəqəsində pilotsuz uçan aparatların qalıqları tapılıb

Bir Kuban yaşayış məntəqəsində pilotsuz uçan aparatların qalıqları tapılıb

Kuban Krasnodar diyarının Primorsko-Axtarsk şəhərində doqquz yerdə pilotsuz uçuş aparatlarının qalıqları aşkar edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının “Telegram” kanalında məlumat yayılıb.

Qeyd edilir ki, bölgələrə düşən dron parçaları evlərin pəncərələrinə və damlarına, qaz borusuna və elektrik ötürücü xəttinin dayağına ziyan vurub. Lakin elektrik enerjisinin verilişində fasilə yaranmayıb.

Bildirilir ki, hadisə zamanı can itkisi qeydə alınmayıb. Hazırda olay yerində təcili yardım və ixtisaslaşmış xidmətlər işləyir.

Əhməd
“Cebheinfo.az”