Qaqik Beqlaryanın həbs müddəti iki ay uzadılıb

Qaqik Beqlaryanın həbs müddəti iki ay uzadılıb

Ermənistanda məhkəmə İrəvanın sabiq meri Qaqik Beqlaryan barəsindəki həbs qətimkan tədbirini iki ay müddətinə uzadıb.

Bu barədə "Pastinfo" müttəhimin vəkili Qrant Ananyana istinadən məlumat yayıb.

O, nəşrə bildirib ki, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

İyunun əvvəlində sabiq nəqliyyat və rabitə naziri, eləcə də Ermənistan paytaxtının keçmiş meri Qaqik Beqlaryanın saxlanıldığı məlum olub. Ermənistanın Antikorrupsiya Komitəsi onun barəsində 27 daşınmaz əmlak obyektinin mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi başladıb.

"Cebheinfo.az"