Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi

Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko qonaq kitabını imzaladıqdan sonra İndoneziya lideri Prabovo Subiantoya qələm hədiyyə edib.

Bu haqda “Detik” xəbər portalı məlumat yayıb.

“İndoneziya Prezidenti bir anlıq təəccübləndi, sonra gülümsədi və hədiyyəni pencəyinin daxili cibinə qoydu”, - nəşr bildirib.

Qeyd edək ki, Lukaşenko İndoneziyaya ötən gün rəsmi səfər edib.

"Cebheinfo.az"