Millimiz səfərdə Lüksemburq yığmasına qalib gəldi

Millimiz səfərdə Lüksemburq yığmasına qalib gəldi

2 iyul basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.

Qeyd edək ki, bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.

"Cebheinfo.az"