Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb

Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb

Bakıda kimyəvi məhluldan zəhərlənən 62 yaşlı kişi ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib.

Məlumata görə, iyunun 14-də 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y.Rzayev ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"