Rubinyan spiker seçilsə...

Rubinyan spiker seçilsə...

Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan spiker seçiləcəyi təqdirdə, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini icra etməyəcək.

"Armenpress" xəbər verir ki, bu barədə Rubinyan jurnalistlərə bildirib.

Rubinyandan bu vəzifədə onu kimin əvəz edə biləcəyi soruşulsa da, o, hazırda bu haqda heç bir məlumata malik olmadığını qeyd edib.

O əlavə edib ki, buna Baş nazir və hökumət qərar verəcək.

Qeyd edək ki, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürüb.

"Cebheinfo.az"