Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidimizin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Rauf Əhmədov 1969-cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb.
O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub və orada itkin düşüb.
Həmin zaman şəhidimizin 24 yaşı olub.
"Cebheinfo.az"

