“Kiçik addımlar-böyük nəticələr” adlı layihənin icarası davam edir
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsi çərçivəsində ilk tədbirini 02 iyul 2026-cı ildə Kürdəmir rayonunda Gənclər evində həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə ictimai birliyin sədri Sveta Rəfiyeva qeyd edib ki, ölkəmizin 4 rayonunda keçiriləcək layihəmizin əsas ideyası insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.
Tədbir zamanı iştirakçılara sağlam həyat tərzi haqqında geniş məlumat verilib. Tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında testlər verilib, bu testlərin cavabları əsasında hər bir iştirakçısına xüsusi yanaşılıb. Tədbir qarşılıqlı dialoq şəkildə keçib. Daha çox insanın maariflənməsi məqsədi ilə tədbirin sonunda tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında yaddaş vərəqələri paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Ucar, Göyçay və Yevlax rayonlarında keçiriləcək.
"Cebheinfo.az"

