Xameneyi ilə vida mərasimi keçirilir - VİDEO
Tehranın İmam Xomeyni məscidində İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin dəfn mərasimi keçirilir.
“Cebheinfo.az”-ın İran mediasına istinadən verdiyi məlumata görə, vida mərasiminə dünyanın müxtəlif ölkələrindən bir qrup siyasi xadim, alim, mütəfəkkir və din xadimi qatılıb.
Məsciddə Ayətullah Seyid Əli Xameneyi ilə yanaşı, fevralın 28-də onunla bərabər bombardman zamanı həlak olan ailə üzvlərinin də cənazələrinin olduğu tabutlar qoyulub.
Hindistan, Rusiya, Pakistan, Norveç, Şri-Lanka, Britaniya, Kamboca, Yunanıstan, İsveç, Myanma və Tayland, İndoneziya, Əfqanıstan və digər ölkələrdən nüfuzlu siyasətçilər, alimlər və din xadimlərindən ibarət nümayəndə heyətləri Ayətullah Seyid Əli Xameneyinin cənazəsini ziyarət ediblər, onun xatirəsini ehtiramla yad edərək başsağlığı veriblər.
Mərhum ali liderin ruhuna müqəddəs Qurani-Kərimdən əl-Fatihə surəsi oxunub.
İspaniya, Braziliya, Argentina, Kolumbiya, Ekvador, Boliviya və Nikaraquadan olan ziyalılar, mədəniyyət və media fəallarından ibarət nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneyinin və onun ailə üzvlərinin cənazəsini ziyarət ediblər.
"Cebheinfo.az"

