Əli Xameneyi ilə vida mərasimində Türkiyəni Cevdet Yılmaz təmsil edir
ABŞ və İsrailin 28 fevralda həyata keçirdiyi hücum nəticəsində həlak olduğu bildirilən İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi üçün Tehrandakı İmam Xomeyni Musalla məscidində rəsmi vida mərasimi keçirilib.
“Cebheinfo.az” “Mehr.news”-a istinadən xəbər verir ki, mərasimdə müxtəlif ölkələrdən gələn rəsmi nümayəndə heyətləri və siyasi xadimlər Ayətullah Seyid Əli Xameneyinin və onunla birlikdə həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Türkiyəni mərasimdə ölkənin vitse-prezidenti Cevdet Yılmaz təmsil edib.
O, Tehrandakı rəsmi vida mərasimində iştirak edərək Türkiyə adından başsağlığı verib.
Aişə Abdulova
“Cebheinfo.az”

