Seda Sayan Xoşqədəm Hidayətqızını belə qarşıladı - FOTO
Xoşqədəm Hidayətqızı əri Doğuşla birlikdə Seda Sayanın proqramında qonaq olub.
"Cebheinfo.az" xəbər verir ki, verilişdən sonra aparıcı sosial şəbəkə hesabında paylaşım edib.
O, Türkiyədə qarşılaşdığı diqqət və sevgidən bəhs edib, Seda Sayanla bir araya gəlməkdən məmnunluğunu ifadə edib:
“Türkiyədə də, doğma Vətənim Azərbaycandakı kimi, məni öz doğmaları kimi qucaqlayan, bağrına basan minlərlə insan var. Mən bunu Allahın mənə bəxş etdiyi ən böyük lütflərdən biri hesab edirəm. Əzizim Seda xanım, sizinlə zaman-zaman eyni ekranı paylaşmaq mənim üçün böyük məmnuniyyətdir”.
"Cebheinfo.az"

