Rusiyada böyük böhranı: Benzin qurtardı
Rusiyanın Novorossiysk şəhərində yanacaqdoldurma məntəqələrində benzin tamamilə tükənib, dizel yanacağının satışı isə məhdudlaşdırılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Novorossiysk Bələdiyyəsi məlumat yayıb.
Bildirilib ki, şəhərdəki bütün yanacaqdoldurma məntəqələrində benzin qurtarıb. Dizel yanacağı isə yalnız səkkiz yanacaqdoldurma məntəqəsində və məhdud həcmdə satılır.
Məlumata görə, yanacaq yalnız xüsusi kartla xidmət göstərilən nəqliyyat vasitələrinə verilir. Bu imkan isə yalnız şirkətlərə məxsus avtomobillərə şamil edilir.
Qeyd edək ki, son dövrlərdə Ukraynanın Rusiyanın neft emalı zavodlarına həyata keçirdiyi dron hücumları nəticəsində bir sıra müəssisələr təmir məqsədilə fəaliyyətini dayandırıb. Rusiya hökuməti isə daxili bazarda sabitliyi qorumaq məqsədilə vaxtaşırı yanacaq satışı və ixracına məhdudiyyətlər tətbiq edir.
Bundan əlavə, Moskva və Sankt-Peterburq da daxil olmaqla, ölkənin təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.
Əfsanə
“Cebheinfo.az”

