Şəhid mayor Rəhim Hüseynovun xatirəsi yad edilib - FOTOLAR

Şəhid mayor Rəhim Hüseynovun xatirəsi yad edilib - FOTOLAR

İyulun 3-də Xankəndi şəhərində şəhid mayor Rəhim Hüseynovun xatirəsinə həsr edilən "Qubadlıda Susan ürək" kitabının təqdimatı keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdə çıxış edənlər Rəhim Hüseynovun hərbçi kimi peşəkarlığından, vətənpərvərliyindən və gənclər üçün örnək olan həyat yolundan danışıblar.

Müəllif Sevinc Rza bildirib ki, Qubadlı rayonunda Azərbaycan Sülhməramlı Taborunun komandiri olmuş şəhid mayor Rəhim Hüseynovun həyat və döyüş yolunun kitaba köçürülməsi, onun xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

"Cebheinfo.az”