Azərbaycanda sağalmaz xəstələrə yeni xidmət yaradıla bilər
Son illər ağır və sağalmaz xəstəliklərdən əziyyət çəkən insanların tibbi və sosial qayğı ilə təmin olunması məsələsi daha çox gündəmə gəlir.
Dünyanın bir çox ölkəsində bu məqsədlə hospis və paliativ yardım xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər xəstələrin həyatlarının son mərhələsində ağrılarının azaldılmasına, rahatlığının təmin edilməsinə və ailələrinə dəstək göstərilməsinə yönəlib.
Azərbaycanda isə hospis xidmətlərinin mövcud olub-olmaması, bu sahənin hansı qaydalarla tənzimləndiyi və gələcəkdə belə xidmətlərin yaradılmasının nəzərdə tutulub-tutulmadığı maraq doğuran məsələlərdəndir.
Azərbaycanda hospis xidmətləri fəaliyyət göstərirmi?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, hazırda Azərbaycanda hospis xidmətləri ilə bağlı xüsusi qanunvericilik aktı mövcud deyil:
“Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində (SN Əsasnaməsinə düzəlişlər, səhiyyə blokunda geniş dəyişikliklər) normativ hüquqi bazanın təkmilləşdirilməsi davam edir. Gələcəkdə bu məsələyə baxıla bilər”.
Gülər Həsənli
“Cebheinfo.az”

