Mərhum dostlarını belə yad etdilər - VİDEO

Mərhum dostlarını belə yad etdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür.

Axşam.az-ın məlumatına görə, aktyor Elşən Orucov onunla bağlı paylaşım edib.

O, arxiv videosuna "Bu gün yenə sənin günündür, Azik… Səninlə keçirdiyimiz hər gözəl an üçün minnətdaram. Gülüşlərin, söhbətlərimiz və xatirələrimiz həmişə bizimlə qalacaq. Ad günün mübarək, əziz dostum. Adını bu şəhərin yaddaşına yazıb getdin. Səni böyük bir həsrətlə xatırlayır, çox darıxıram" sözlərini yazıb. 

Aktyor Ramil Babayev "Bəzi yoxluqlar illər keçsə də dəyişmir. Hər dəfə şəkillərin, videoların qarşıma çıxanda sanki zaman dayanır. Sənin səsini, gülüşünü, varlığını yenidən xatırlayıram. Amma bilirəm ki, xatirələrin qəlbimdə əbədi yaşayacaq. Allah sənə rəhmət eləsin Azər, məkanın cənnət olsun. Səni unutmadıq, unutmayacağıq. Ruhun şad olsun, əziz qardaşım" sözləri ilə aktyoru yad edib.

Aktyor İlkin Həsəni isə A.Baxşəliyevin arxiv videosunu yayımlayaraq "Bu gün evdəkilərlə olacağam, sabah yığışaq bağda qeyd edək" günüdür. 41-ni qeyd edəcəkdik. Darıxırıq" sözlərini qeyd edib.

Aktyor Nicat Rəhimov dostunu "Sənsiz ikinci doğum günün, əziz dostum" sözü ilə xatırlayıb.

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra ötən ilin yanvarında vəfat edib. Azər və Nigarın Züleyxa adlı bir qız övladı var.

https://www.instagram.com/p/DaU5cotAK6q/?utm_source=ig_web_copy_link&igsh=NTc4MTIwNjQ2YQ==

"Cebheinfo.az"