“New York Times”: ABŞ İsraili İranın danışıqlar heyətinə qarşı sui-qəsd fikrindən daşındırıb
İsrail Vaşinqton və Tehran arasında danışıqları zamanı İran nümayəndə heyətinə qarşı sui-qəsd həyata keçirməyi planlaşdırıb.
Bu barədə “The New York Times“də dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, ABŞ-ın sabiq və hazırkı rəsmilərinin fikrincə, aprel ayında intensivləşən danışıqlarda İsrail İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın rəhbərlik etdiyi danışıqlar heyətini öldürməyə çalışıb.
ABŞ rəsmiləri isə sözügedən şəxslərin öldürüləcəyi təqdirdə, İranda dialoq aparmaq üçün heç kəsin qalmayacağı ehtimalından ehtiyat edərək, İsraili bu fikirdən çəkindirib.
İran tərəfi isə danışıqlar heyətinin öldürülməyəcəyi ilə bağlı ABŞ-dan zəmanət tələb edib.
İsrailin Vaşinqtondakı səfirliyi yazılanlara münasibət bildirməyib.
"Cebheinfo.az"

