Nura Suridən “Arzum”un həbsinə etiraz: “Bu suallar cavabsız qalıb”

Nura Suridən “Arzum”un həbsinə etiraz: “Bu suallar cavabsız qalıb”

“Heç vaxt cinayət törətməmiş, 4 uşaq anası olan (övladlarından biri autizmli) bir qadına, qəzaya səbəb olmaq ittihamı ilə niyə 5 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib? Nəyə görə Arzumun vəkilinin təqdim etdiyi heç bir vəsatət təmin edilməyib?”

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

O, “Arzum”un həbs olunmasına etiraz edib:

“Qəzada həyatını itirən şəxsin sürət həddi 60 km/saat olan yolda avtomobili təxminən 160 km/saat sürətlə idarə etməsi niyə məhkəmədə lazımi qaydada nəzərə alınmayıb?

Ekspertiza mərhumun qanında alkoqol və ya narkotik maddələrin olub-olmadığını müəyyən edibmi? Əgər belə ekspertiza aparılıbsa, onun nəticələri niyə ictimaiyyətə açıqlanmır?”