“Milan” 40 yaşlı futbolçuya yeni müqavilə təklif etdi

“Milan” 40 yaşlı futbolçuya yeni müqavilə təklif etdi

"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib.

Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qərar qəbul oluna bilər. Təcrübəli oyunçunun DÇ-2026-dan sonra karyerasını başa vurmağı planlaşdırdığı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, L.Modriç ötən ildən A Seriyası təmsilçisinin formasını geyinir.

"Cebheinfo.az"