Ucarda yeniyetmə kanalda batıb - YENİLƏNİB
Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini 2010-cu il təvəllüdlü Ə.Hacıyevin meyiti FHN-nin əməkdaşları tərəfindən sudan çıxarıllb.
***
09.19
Ucarda yeniyetmə kanalda batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini, 2010-cu il təvəllüdlü Ə.Hacıyevin rayonun Rəstəcə kəndindən keçən su kanalında batdığı ehtimal olunur.
Gecə saatlarından etibarən kanalda axtarışlar aparılır.
"Cebheinfo.az"

