Nəriman Həsənzadənin son durumu açıqlandı

Nəriman Həsənzadənin son durumu açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin səhhətində irəliləyiş hiss olunur.

"Bakupost" bildirir ki, bu barədə “Report”a şairin ailə dostu Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, Xalq şairinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"