Kəlbəcərdə otlaq sahədə mina partladı
Kəlbəcər rayonunda mina hadisəsi baş verib.
"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, hadisə otlaq sahədə baş verib.
Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur.
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) faktı təsdiqləyiblər.
"Cebheinfo.az"

