Hapokyan Paşinyandan ayrıldı: Deputat mandatından imtina etdi

Hapokyan Paşinyandan ayrıldı: Deputat mandatından imtina etdi

“Vətəndaş Müqaviləsi” partiyasının üzvü Vaqarşak Hapokyan parlament mandatından istefa vermək qərarına gəlib.

“Cebheinfo.az”-ın məlumatına görə, Hapokyan bu barədə sosial şəbəkədə paylaşım edib.

Hakim partiyanın nümayəndəsi bundan sonra özəl sektorda fəaliyyət göstərməyə davam etmək niyyətində olduğunu və müvafiq ərizəni iyulun 10-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyini bildirib.

“Qərar Baş nazir və “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti ilə razılaşdırılıb. Mən partiyada qalmağa və siyasi komandamıza töhfə verməyə davam edəcəm”, - deyə Hapokyan qeyd edib.

Ermənistan mediasının məlumatına görə, Hapokyan keçmiş yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın yaxın dostudur və eyni zamanda iş adamı və keçmiş deputat Xaçatur Sukiasyanın əlbir olduğu şəxs hesab olunur.

Maraqlıdır ki, Hapokyan istefa qərarını uzun müddətdir dostluq münasibətləri olan Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyanın vəzifəsindən getməsi ilə eyni gündə elan edib.

Qeyd etmək lazımdır ki, Hapokyan aktiv siyasi karyerasına 2018-ci il inqilabından sonra başlayıb və Diaspora İşləri Nazirinin köməkçisi olub.

O dövrdə nazir vəzifəsini Mxitar Ayrapetyan tuturdu. 2018-ci ilin dekabr ayından Hakopyan Ermənistan Milli Məclisinin üzvüdür.

Müşfiq Abdulla 
“Cebheinfo,az”