AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir

AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir

Çin bazarı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) maraq göstərdiyi istiqamətlərdən biridir və gələcəkdə bu ölkə üzrə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib.

Bildirilib ki, AZAL marşrut şəbəkəsinin inkişafı üzrə davamlı təhlillər aparır və müxtəlif istiqamətlər üzrə yeni imkanları dəyərləndirir.

"Yeni reyslərin açılması ilə bağlı qərarlar zəruri kommersiya və əməliyyat prosedurları başa çatdıqdan sonra qəbul edilir və konkret istiqamətlər barədə rəsmi məlumat yalnız yekun qərardan sonra açıqlanır", - deyə aviaşirkətin məlumatında qeyd edilib.

Qeyd edək ki, hazırda AZAL Bakıdan Pekinə həftədə 3 dəfə birbaşa uçuşlar həyata keçirir.

"Cebheinfo.az"