Paşinyan Mişustinlə görüşündən danışıb: Bir sıra razılaşmalar əldə olundu

Paşinyan Mişustinlə görüşündən danışıb: Bir sıra razılaşmalar əldə olundu

Baş nazir Mixail Mişustin ilə Yekaterinburqda keçirilən görüş zamanı Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlər məsələsi üzrə razılıqlar əldə olunub.

"Sputnik-Armenia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

"Rusiya Baş naziri ilə açıq, səmimi və dostluq şəraitində müzakirə apardıq. Bir sıra razılaşmalar əldə olundu. Hələlik bu razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Onların reallığa çevrilməsini gözləyəcəyəm ki, siz də hər şeyi özünüz görə biləsiniz", – Paşinyan qeyd edib.

"Cebheinfo.az"