"Bitcoin" 62 min dollara kimi ucuzlaşıb

"Bitcoin" 62 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş üstünlük təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bazarın lideri olan “Bitcoin” son sutkada 0,80% ucuzlaşaraq 62236,23 ABŞ dollarına enib.

Qızılın qiymətini izləyən tokenlər də mənfi dinamika nümayiş etdirib. “PAX Gold” (PAXG) 1,51% ucuzlaşaraq 4055,41 dollara, “Tether Gold” (XAUt) isə 1,47% azalaraq 4053,21 dollara düşüb.

İkinci ən böyük kriptovalyuta “Ethereum” 0,89% ucuzlaşaraq 1738,22 dollardan, BNB isə 0,02% bahalaşaraq 569,08 dollardan ticarət olunub.

Digər iri rəqəmsal aktivlərdən “Zcash” 3,96%, Monero 3,13%, Bittensor 1,90%, “Bitcoin Cash” isə 0,86% ucuzlaşıb.

Qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1% azalaraq 2,14 trilyon ABŞ dollarına düşüb.

Bazar iştirakçıları arasında risk iştahının zəifləməsi, mənfəət realizasiyası və ABŞ-da faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi kriptovalyutaların qiymətlərinə təzyiq göstərən əsas amillər kimi qiymətləndirilir.

"Cebheinfo.az"