Kərim Abbasov efirə qayıdır: Amma bir şərtlə...
Kərim Abbasov yenidən televiziya aparıcısı kimi fəaliyyət göstərməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, müğənni bu barədə Xəzər TV-də danışıb.
O bildirib ki, hazırda telekanallardan biri ilə yeni layihə ilə bağlı danışıqlar aparır. Lakin tərəflər əməkhaqqı məsələsində hələ də razılığa gələ bilməyiblər.
J.Abbasovun sözlərinə görə, həftənin 5 günü efirdə olmaq həm vaxtını alır, həm də digər işlərinə təsir göstərir:
“Kanallardan biri ilə danışıqlar gedir. Maaş məsələsində hələ razılıq yoxdur. Əgər həftənin 5 günü veriliş aparacağamsa, bu, digər işlərimə mane olacaq. Axı vaxtımı buna sərf edirəm. Həftədə bir dəfə olsaydı, başqa məsələ. Layihə 5 günlük olacaqsa, 5 min manatdan yuxarı əməkhaqqı istəyirəm”.
Kərim Abasov daha əvvəl "MTV Azərbaycan" kanalında yayımlanan "Meqa şou" proqramının aparıcısı kimi çalışıb.
"Cebheinfo.az"

