Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Cəlilabad rayonunda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində - Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücünün idarəetməni itirməsi səbəbindən hərəkətdə olan mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

İlkin informasiyaya görə, mikroavtobus fəhlələri daşıyırmış. Qəza axşam saatlarında işçilər sahədən evə aparılarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/Axaraz/130748

"Cebheinfo.az"