ABŞ vurdu: 3 nəfər bir gecədə öldü

ABŞ vurdu: 3 nəfər bir gecədə öldü

İranın cənub-qərbindəki Xuzistan əyalətindəki Əhvazda hücum nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Vəliullah Hayati bildirib. 

İRNA agentliyinin məlumatına görə, bu səhər Əhvazın kənarındakı bir hədəfə hücum edilib.

Hayati hücumda Amerika-İsrail qüvvələrini günahlandırıb. 

O əlavə edib ki, hazırda ərazidə xilasetmə əməliyyatları davam edir və bütün yaralılara təcili tibbi yardım göstərilir.

Xəzər
“Cebheinfo.az”