Xameneyinin cənazəsi geri çəkilib

Xameneyinin cənazəsi geri çəkilib

İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin bu gün səhər saatlarında Məşhəd şəhərində keçirilməsi planlaşdırılmışdı.

Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, dəfn mərasimini təşkil edən qərargahdan bildirilib ki, Xameneinin cənazəsi bu gün saat 14:00-a geri çəkilib.

Qərargah bəyan edib ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərilə əlaqədar cənazəni Məşhədə vaxtında çatdırmaq mümkün olmayıb və gecikmə yaranıb.

Bu səbəbdən, qarşılanma və dəfn mərasimi 9 iyul tarixində saat 14:00-da Məşhəddəki İmam Rza küçəsindən başlayaraq İmam Rza ziyarətgahına doğru keçiriləcək.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin İrana hücumu nəticəsində həlak olub. 

"Cebheinfo.az"