Ukraynaya səfər planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Ankara şəhərində keçirilən NATO sammiti çərçivəsində uyğun vaxtda Ukraynaya səfər edəcəyini bildirib.
Bu barədə “NBC News” məlumat yayıb.
“Bəli, uyğun məqamda Ukraynaya gedərdim”, - deyə Amerika lideri deyib.
Tramp həmçinin iyulun 8-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb. ABŞ lideri rusiyalı həmkarının Ukraynadakı münaqişəyə son qoyulmasını istədiyinə əminliyini qeyd edib.
"Cebheinfo.az"

