Tramp İranla "atəşkəs bitdi" dedi: Neft bir anda bahalaşdı
Qlobal maliyyə bazarları ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra kəskin dalğalanma yaşayıb.
“Cebheinfo.az” “Ekonomi.haber7.com”-a istinadən xəbər verir ki, Trampın İranla əldə olunan atəşkəsin onun üçün başa çatdığını və Tehranla yeni saziş bağlamaq istəmədiyini bildirməsi enerji və qiymətli metallar bazarında ciddi hərəkətliliyə səbəb olub.
Dün 76,60 dollara qədər yüksələn “Brent” markalı neftin bir barelinin qiyməti günü 74,16 dollardan başa vurub.
Bu gün saat 12:03-ə olan məlumata görə isə “Brent” neftinin fyuçers qiyməti bağlanışla müqayisədə təxminən 6,3 % artaraq 78,86 dollara yüksəlib. Eyni vaxtda ABŞ-ın WTI markalı xam neftinin bir bareli 74,95 dollardan satılıb.
Bazarındakı dəyişikliklər qızıl qiymətlərinə də təsir edib. Qızılın bir unsiyasının qiyməti saat 13:00 radələrində 1,44 % ucuzlaşaraq 4 046,53 dollara enib.Türkiyə daxili bazarında da eniş qeydə alınıb. Son məlumatlara görə, qızılın bir qramı 6 107 TL-dən satılıb və gün ərzində 1,33 % dəyər itirib.
Dörddəbir qızılın qiyməti 10 056 TL-yə enərək 1,25 %, yarım qızıl 20 093 TL ilə 1,13 %, tam qızıl isə 39 986 TL-yə düşərək 2,29 % ucuzlaşıb.
“Cumhuriyyət” qızılı 39 995 TL-dən satılıb və gün ərzində 1,21% dəyər itirib. “Rəşad” qızılı 40 028 TL səviyyəsində ticarət olunub, 22 əyarlı bilərziyin bir qramının qiyməti isə 5 600 TL-dən aşağı düşərək 1,23 % ucuzlaşıb.
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində NATO-nun Baş katibi Mark Rütte ilə birlikdə jurnalistlərə açıqlama verən Tramp İranla mümkün razılaşma barədə danışarkən, “Mənim üçün bu məsələ bağlanıb. Artıq onlarla razılaşmaq istəmirəm”, - deyə bildirib.
O, İran rəhbərliyini sərt tənqid edərək, ölkənin “amansız və zorakılığa meyilli insanlar tərəfindən idarə olunduğunu” iddia edib və nüvə silahına sahib olacağı təqdirdə ondan istifadə edəcəyini düşündüyünü bildirib.
Tramp həmçinin ABŞ-la danışıqlar aparan nümayəndələrlə görüşəcəyini desə də, İranla danışıqları “vaxt itkisi” adlandırıb və Tehranı etibarsız tərəf kimi qiymətləndirib. Digər tərəfdən, ABŞ administrasiyası Hörmüz boğazında neft tankerlərinə hücumlardan sonra İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) ləğv edilən lisenziya çərçivəsində həyata keçirilən əməliyyatların dayandırılması üçün 17 iyul tarixinədək keçid müddəti müəyyən edib.
Trampın İranla danışıqlara qapını bağlaması və Vaşinqtonun İran neftinə qarşı sanksiyaları yenidən sərtləşdirməsi qlobal neft təchizatı ilə bağlı narahatlıqları artıraraq qiymətlərin yüksəlməsinə təkan verib.
Aişə Abdulova
“Cebheinfo.az”

