Tramp Ankaradan dünyaya elan etdi: Atəşkəs bitdi
Ankarada keçirilən NATO Zirvə Toplantısının ikinci günündə Beştəpədə çıxış edən ABŞ Prezidenti Donald Tramp atəşkəsin bitdiyin elan edib.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyənin Ankarada ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə görüşən ABŞ Prezidenti Donald Tramp cari məsələlərlə bağlı qiymətləndirmələr aparıb.
Tramp deyib:
"Dünən gecə İrana güclü hücum etdik, onların nüvə silahı olmayacaq. İranla atəşkəs mənim üçün bitdi, onlarla danışıqlar aparmaq vaxt itkisidir".
O, həmçinin NATO-dan məmnun olmadığını bildirib:
"Onlar bizə İran məsələsində kömək etmədilər. İspaniya düşmənçilik edir".
İrana edilən son hücumlara toxunan Tramp əməliyyatın çox güclü şəkildə həyata keçirildiyini bildirib:
"Biz İranda çox təhlükəli insanlara hücum etdik. Bunlar xəstə insanlardır və dəfn mərasimləri ilə məşğul olurlar, amma bunun əvəzinə gəmilərə raket atmağı seçdilər və biz də dünən gecə onlara çox güclü zərbə vurduq".
Tramp hücumların əvvəlki qisaslardan daha şiddətli olduğunu bildirərək "Biz 20 dəfə daha çox zərbə endirdik. Biz dedik ki, nə vaxt hücum etsəniz, biz də cavab zərbəsi endirəcəyik. Onlar çirkin oyunlar oynayırlar, mən onları bəyənmirəm, onlar pis insanlardır",- deyib.
O, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini vurğulayıb:
"Biz İranın nüvəsizləşdirilməsini təmin edəcəyik. Keçmişdə minlərlə əsgərimizi öldürüblər".
Tramp, həmçinin İranla atəşkəs prosesi ilə bağlı açıqlama verib:
"İranda atəşkəs bitdi. Biz yalançılarla mübarizə aparırıq. Onlar dəlidirlər, onlarda problem var. Onlar vaxt itirirlər".
Xəzər
“Cebheinfo.az”

