"İmişli" Bəxtiyar Həsənalızadəni heyətinə qatıb

"İmişli" Bəxtiyar Həsənalızadəni heyətinə qatıb

"İmişli" daha bir futbolçu transferini açıqlayıb.

"Cebheinfo.az" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən B.Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

"Cebheinfo.az"