ADY sərnişindaşımanı 18 % artırıb

ADY sərnişindaşımanı 18 % artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, iyun ayında isə 24 faiz daha çox sərnişin daşıyıb.

ADY-dən “Cebheinfo.az"-a bildirilib ki, cari ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox sərnişin səfər edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Məlumata görə, rayonlararası marşrutlardan istifadə edən sərnişinlərin sayı da 17 faiz artaraq təxminən 289 min nəfərə çatıb.

May ayında yenidən fəaliyyətə başlayan Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə isə indiyədək 12 mindən çox sərnişin daşınıb.

Nigar
“Cebheinfo.az”