Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub: Ölən və yaralananlar var
İyulun 7-də Rusiya qoşunlarının Xarkov şəhərinə idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Bu barədə “RBC-Ukrayna” Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun və Xarkov meri İqor Terexovun açıqlamalarına istinadən məlumat yayıb.
Sinequbov bildirib ki, şəhərin Şevçenkovski rayonuna endirilən zərbə nəticəsində aralarında üçü uşaq olmaqla ümumilidə 16 nəfər xəsarət alıb.
Daha sonra Xarkov meri İqor Terexov hücum nəticəsində bir nəfərin öldüyünü deyib.
"Cebheinfo.az"

