Dəməşqdə partlayışda nazir müavini yaralanıb
Bu gün səhər Dəməşqdə baş verən partlayışlar zamanı Suriyanın turizm nazirinin müavini Fərəc əl-Qaşkuş Dəməşqdə baş verən partlayışlar nəticəsində yaralanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı məlumat yayıb.
Qeyd edək ki, partlayışlar Suriyaya səfər edən Fransa prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında baş verib.
Suriya televiziyasının məlumatına görə, iki güclü partlayış nəticəsində 4 nəfəri polis olmaqla 18 nəfər yaralanıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”

