İran danışıqlardan imtina edir
“Vaşinqtonun təhdidləri davam edərsə, ABŞ ilə yekun razılaşma üzrə danışıqlar başlamayacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Milyonlarla qürurlu iranlı böyük Ayətullah Xameneyi və onun irsini yad etmək üçün toplaşıb. Nə onlar, nə də cəsur silahlı qüvvələrimiz təhdidlərə boyun əyəcəklər.
Anlaşma memorandumunun 13-cü bəndində açıq şəkildə deyilir: təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin", - deyə nazir sosial media səhifəsində yazıb.
Xatırladaq ki, İran və ABŞ 18 iyun gecəsi uzaqdan memorandum imzalayıblar. Memorandum 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyir. Memorandum, həmçinin ABŞ-ın dəniz blokadasını ləğvi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt cədvəlini də müəyyən edir. Pakistan və Qətər əsas vasitəçilərdir.
Xəzər”
“Cebheinfo.az”

