Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTOLAR - YENİLƏNİB

Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTOLAR - YENİLƏNİB

Türkiyənin paytaxtı Ankara şəhərində 36-cı NATO Sammiti öz işinə başlayıb.

Açılış mərasimində NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

Çıxışdan sonra Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib. Daha sonra sammit iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib. Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.

***

10:10

Ankarada keçirilən 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır.

Forumda NATO-nun Baş katibi Mark Rutte açılış nitqi ilə çıxış edəcək, daha sonra Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Güler iştirakçılara müraciət edəcəklər.

Sammit çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp başda olmaqla bir sıra liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Ərdoğan–Tramp görüşündə Türkiyənin F-35 proqramına mümkün qayıdışı, KAAN layihəsi üçün F110 mühərriklərinin satışı, eləcə də Suriya və Qəzzadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.

"Cebheinfo.az"