Bağçalara elektron qəbul başladı
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr iyulun 9-u saat 11:00-dan aktiv olacaq.
Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.
Bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.
"Cebheinfo.az"

