Deputatdan mərsiyə ilə döyüşə çıxan idmançıya ETİRAZ

Deputatdan mərsiyə ilə döyüşə çıxan idmançıya ETİRAZ

“Bəzi idmançılar döyüşə çıxanda artıq cəngi ilə deyil mərsiyə sədaları ilə çıxır. Bütün zalı da özünə qoşur. Bununla da öz dini təbliğatını aparır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa deyil.

F.Mustafa qeyd edib ki, həmin idmançı qalib gələndən sonra isə Azərbaycan bayrağını deyil, hansısa ölkədə papulyar olan bayrağı qaldırır:

“Biz də o görüntüləri sakit izləyirik”.

Qeyd edək ki, UFC-nin Bakıda təşkil olunan turnirində Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə döyüşə çıxarkən təqdimat musiqisi olaraq mərsiyyə seçmişdi.

Vilayət Muxtar
“Cebheinfo.az”