Makronun qaldığı otelin yanındakı partlayışdan İLK GÖRÜNTÜLƏR
Fransa Prezidenti Emmanuel Makronun Suriyanın paytaxtı Dəməşqdə rəsmi danışıqlar üçün qaldığı otelin yaxınlığında partlayış baş verib.
“Cebheinfo.az” xəbər verir ki, hücumun ilkin görüntüləri ortaya çıxıb.
Bildirilir ki, bomba partladılıb. Görüntülərdə qara tüstü qalxır və bir nəqliyyat vasitəsi alov içindədir.
Partlayışlardan sonra ərazidəki yollar nəqliyyat üçün bağlanıb və təhlükəsizlik qüvvələri geniş tədbirlər görüb.
Partlayışdan sonra hadisə yerindən ilk görüntülərdə bir nəqliyyat vasitəsinin partladığı və şiddətlə yandığı görünür.
Suriya Dövlət Televiziyası bildirib ki, Dəməşqdə partlayışlar eşidildikdən sonra Suriya Prezidenti Əhməd Şaraa Fransa Prezidenti Emmanuel Makronu Prezident Sarayında qəbul edib.
Yelisey Sarayından verilən ilk açıqlamada Makronun heç bir partlayış eşitmədiyi və onlardan təsirlənmədiyi bildirilib.


Xəzər
“Cebheinfo.az”

