Sahibə Qafarova Xameneyinin vida mərasimindən danışdı
“Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olmuşdur.
Səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək idi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, o, İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri cənab Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşüb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından başsağlığı ifadə etdim, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırdım”.
Vilayət Muxtar
“Cebheinfo.az”

