Tramp: Ukraynada sülh hesab edildiyindən daha da yaxındır
Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli hesab edildiyindən daha da yaxındır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə bildirib.
"Hesab edirəm ki, bu məsələdə biz nizamlanmaya insanların fikirləşdiyindən daha çox yaxınlaşırıq", - ABŞ lideri deyib.
Tramp həmçinin həm Moskvanın, həm də Kiyevin münaqişənin nizamlanmasına kökləndiyinə əmin olduğunu bildirib.
"Rusiya Prezidenti Vladimir Putin bunun bitməsini istəyir. Bunu sizə tam əminliklə deyə bilərəm. Ukrayna Prezidenti Volodimir Zelenski də əslində bunun indi başa çatmasını istəyir", - ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, bu məsələ NATO-nun Ankaradakı sammitində müzakirə olunacaq: "Düşünürəm ki, biz buna (sülhə - red.) nail olacağıq", - Tramp əlavə edib.
"Cebheinfo.az"

