Trampdan Melonini qəzəbləndirəcək yeni paylaşım

Trampdan Melonini qəzəbləndirəcək yeni paylaşım

ABŞ Prezidenti Donald Tramp ilə İtaliya Baş naziri Corciya Meloni arasında yaranan "foto qalmaqalı" yeni mərhələyə keçib.

“Cebheinfo.az” xəbər verir ki, Tramp sosial media hesabında Meloninin ona heyranlıq dolu baxışlarla baxdığı fotonu paylaşaraq üzərinə "Uzaqlaşdırma qərarına ehtiyac var" sözlərini yazıb.

Bu paylaşım Donald Tramp və Corciya Meloni arasında diplomatik və şəxsi gərginliyin davam etdiyini bir daha nümayiş etdirib.

Qalmaqalın əsası Trampın iyunun 19-da İtaliyanın "La7" telekanalına verdiyi müsahibədən sonra qoyulub.

O, Fransada keçirilən G7 Sammiti zamanı Meloni ilə görüşünü xatırladaraq belə deyib:

"O, mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Həqiqətən də şəkil çəkdirmək istəyirdi. Əslində şəkil çəkdirmək istəmirdim, amma yazığım gəldi".

Meloni isə həmin gün sosial media hesabında bu fikirlərə sərt reaksiya verərək bildirib:

"Unutmaq lazım deyil ki, nə mən, nə də İtaliya heç vaxt yalvarmarıq".

Bundan sonra Tramp mübahisəni daha da alovlandıraraq Meloninin şəxsi siyasi maraqları naminə onunla yaxın münasibətlər qurmağa çalışdığını iddia edib:

"İndi ABŞ İranı hərbi cəhətdən məğlub edib. Meloni reytinqini artırmaq üçün yenidən mənimlə dost olmaq istəyir. Təşəkkür edirəm, amma buna ehtiyac yoxdur".

İtaliyanın Baş naziri isə Trampın bu iddialarını qətiyyətlə rədd edib.

O, ABŞ Prezidentinin açıqlamalarını "mənasız" adlandıraraq belə cavab verib:

"Prezident Tramp, bu davamlı və əsassız hücumlar mənasızdır. Populyarlığıma gəlincə isə sizin dostunuz olmağın mənə heç bir faydası olmayıb".

Əfsanə Rəcəb
“Cebheinfo.az”