Şəmkirdə ağır yol qəzası baş verib: Ölən var - YENİLƏNİB
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iyulun 5-də saat 19:40 radələrində 3 nəfər (2- i kişi, 1 qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın qərb bürosuna TƏBİB-dən məlumat verilib.
Xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib: "Hər birinə zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar".
Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
5 iyul, 19.33
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.
Nəticədə “VAZ 2106”-nın sürücüsü 1962-ci il təvəllüdlü E.Məmmədov ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

