Türkiyə bu şəxsi Rusiyaya təhvil verdi: Kreml axtarırmış
Türkiyədən deportasiya edilən rusiyalı fəal Moskvaya çatan kimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, 24 yaşlı rusiyalı fəal Ariadna Litvinova Türkiyə tərəfindən Rusiyaya deportasiya olunub. O, təyyarə ilə Moskvanın Vnukovo hava limanına gətirilib və enən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, Litvinova Rusiyada ordunun "diskreditasiyası" ilə bağlı işlərdən biri çərçivəsində diqqət mərkəzində olub. O, 4 fevral 2026-cı ildən Rusiya tərəfindən axtarışa verilmişdi. İyulun 4-də isə Türkiyə onu deportasiya edərək Rusiyaya göndərib.
“Cebheinfo.az”

