ABŞ-də bayram şənliyində qan töküldü - 8 yaralı var, 4-ü uşaqdır

ABŞ-də bayram şənliyində qan töküldü - 8 yaralı var, 4-ü uşaqdır

ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonundakı Koni Aylend məhəlləsində Müstəqillik Günü tədbirləri zamanı silahlı insident olub.

Bu barədə Nyu-York Şəhər Polis Departamenti məlumat yayıb.

Bildirilib ki, insident nəticəsində 4-ü uşaq olmaqla, azı 8 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 22:37 radələrində Qərbi 31-ci küçədə qeydə alınıb.

Yaralananlar arasında iki kişi, iki qadın, eləcə də, 14, 12, 7 və 6 yaşlı dörd uşaq var. Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan yeddisinin vəziyyətinin stabil olduğu, 21 yaşlı bir qadının isə ağır yaralandığı bildirilir.

Polis hadisə yerində odlu silah aşkar etsə də, insidentlə bağlı hələlik heç kim saxlanılmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

"Cebheinfo.az"