Həkəridə batan kişinin axtarışları davam edir - VİDEO

Həkəridə batan kişinin axtarışları davam edir - VİDEO

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan kişinin axtarışları davam edir.

“Cebheinfo.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

“Cebheinfo.az”